Özəl xəstəxanalarda tibbi sığortadan necə yararlana bilərsiniz?

# 16:53
6 may 2022

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 56-ya qədər artırılıb.

 

Dövlət Agentliyindən APA  TV-yə verilən xəbərə görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir.

 

Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin  tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

 

Vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır. Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib. Həmin tibb müəssisələri bunlardır:

 

1. Bakı Sağlamlıq Mərkəzi


2. Mərkəzi Klinik Xəstəxana


3. Caspian International Hospital


4. Respublika Diaqnostika Mərkəzi


5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi


6. Gəncə Beynəlxalq Xəstəxanası


7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası


8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi


9. Zəfəran hospital


10. EGE Hospital


11. Sumqayıt Hospital


12. Avrasiya Hospital


13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi


14. Leyla Medical Center


15. Badam Medical Center


16. Lor Hospital


17. Məlhəm Beynəlxalq Hospital


18. “OKİ” Özəl Tibbi Müalicəxanası (Qusar rayonu)


19. Oksigen Klinik Xəstəxanası


20. Diaqnoz Tibb Mərkəzi


21. Baku City Hospital


22. Mediland Hospital

 

23. Medera Hospital


24. Stimul Hospital


25. Medistyle Hospital


26. Batıgöz Medical Plaza


27. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası


28. İstanbul NS klinikası


29. Olimp Hospital


30. Kəpəz Hospital


31. Salam Doktor

 

32. Bioloji Təbabət Klinikası (Masallı rayonu)


33. Real Hospital


34. Turan Hospital


35. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial)


36. Dünyagöz


37. Regional Hospital (Mingəçevir şəhəri)


38. Səhhət Azərbaycan-Almaniya Klinikası


39. Spero Hospital (Dobromed)


40. Milan Hospital


41. Referans Qəbələ Tibb Mərkəzi


42. Celamig Göz Klinikası


43. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Əhmədli filiallı)

 

44. Funda Hospital


45. Fonus Eşitmə Mərkəzi


46. Bona Dea Beynəlxalq Hospital


47. Unikal Klinika (Sumqayıt şəhəri)


48. İstanbul Klinika


49. Liman Klinika (Sumqayıt şəhəri)


50. Briz-L Göz Klinikası


51. MasMedical Center Referans (Masallı rayonu)


52. Premium Clinic


53. Bakı Göz Klinikası


55. Asmed Klinikası


55. Amana Clinic


56. DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı

 

Qeyd edək ki, özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR