Pambıqçı fermerlərə daha bir müjdə

# 17:28
29 avqust 2022

Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. 

 

APA TV xəbər verir ki, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 750 manatdan 800 manata,

2-ci növün qiyməti 730 manatdan 780 manata,

3-cü növün qiyməti 690 manatdan 740 manata,

4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.

 

Qeyd edək ki, pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdi.

 

Qeyd edək ki, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.

 

Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Gələn aydan respublikada kütləvi pambıq yığımına start veriləcək.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR