Partiya sədri həbs edildi

# 17:45
13 yanvar 2022

Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə bağlı xüsusi ittiham qaydasında olan şikayət üzrə məhkəmə prosesi keçirilib.

 

APA TV-nin məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub.

 

Qərara əsasən, Ə. Əliyev 5 ay müddətinə həbs edilib.

 

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə qarşı şikayət veriblər. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İddiaçıların şikayətlərində bildirib ki, partiya sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR