Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin yaradılmasından danışdı

# 14:16
21 dekabr 2021

“Azərbaycanla avtomobil əlaqəsi qurmaq üçün imkanlar yaranıb”.

 

APA TV-nin “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclasında çıxışı zamanı deyib.

 

O, Azərbaycan Prezidenti İlham Əliyevlə 26 noyabrda Soçidə və 14 dekabrda Brüsseldə keçirilən görüşlərin nəticəsinə əsasən, tərəflərin avtomobil əlaqəsini bərpa edə biləcəyini və bunun regionda yeni infrastruktur layihələrinin yaranmasına gətirib çıxaracağını bildirib.

 

Nikol Paşinyan dəmir yolu xəttinin açılması ilə bağlı Azərbaycan Prezidenti ilə prinsipial razılıq əldə olunduğunu da qeyd edib. O, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin yaxın 2-3 il ərzində istifadəyə verilə biləcəyini vurğulayıb.

 

Paşinyan yeni dəmir yolu xəttinin Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcəyini də əlavə edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR