Paşinyan növbəti həmləyə hazırlaşır: Müxalifət bunu gözləmirdi - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi komandasına hakimiyyət modelini dəyişdirmək üçün ərazi strukturlarını yenidən işə salmaq və konstitusiya referendumuna hazırlaşmaqla bağlı göstəriş verib. Bu barədə Ermənistanın “Hraparaq” qəzeti məlumat yayıb.
Məqalədə bildirilir ki, Paşinyanın növbəti planı yarıprezident sisteminə keçməklə, təhlükəsizlik qüvvələrinin yenidən prezidentin nəzarətinə keçirməkdir.
Qəzet onu da bildirib ki, baş nazirin qərarı ilə dekabrın 18-də Konstitusiya İslahatları Şurasının formalaşdırılması prosesinə start verilib.
SİTAT: "2021-ci ilin fevral ayında hərbi çevriliş cəhdi zamanı Nikol Paşinyan konstitusiya islahatının zəruriliyi barədə çıxış edərək, yarıprezident idarəetməsinə keçidin mümkünlüyünü bildirmişdi. Amma 2021-ci ilin dekabrında parlamentdəki çıxışında cari idarəetmənin tərəfdarı olduğunu qeyd etmişdi. Ermənistan Konstitusiya İslahatları Şurası bu ziddiyyətli bəyanatları necə idarə edəcəyi hələ məlum deyil. Ancaq ilin əvvəlində Paşinyan öz siyasi komandasına hökumət modelini dəyişdirmək, güc orqanlarının yenidən Prezidentin nəzarətinə keçəcəyi yarıprezident sisteminə keçmək üçün ərazi strukturlarını yenidən işə salmaq və konstitusiya referendumuna hazırlaşmaq göstərişi verib. Sitatın sonu
Qəzet onu da əlavə edib ki, əvvəlki Konstitusiya İslahatları Şurası ləğv edilib, yeni şuraya ədliyyə naziri Karen Andreasyan başçılıq edir. “Baş nazirin prezident kürsüsünü tutmağı planlaşdırdığı göz qabağındadır” - deyə “Hraparaq” qəzeti yazıb.
DİGƏR XƏBƏRLƏR

AZAL quş vurmaq üçün ovçu axtarır

Yəhudi yazıçı: “İran qorxur ki, İsrail Azərbaycan ərazisindən zərbələr endirər”

“Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmıram” - ABŞ-ın Baş Qərargah rəisi
