Pirşağıdakı müəmmalı qəza barədə ARAŞDIRMA BAŞLADI
Paytaxtın Sabunçu rayonunda baş verən qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA TV-yə bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.
Qəza zamanı yaralıların olub olmamasını dəqiqləşdirmək üçün TƏBİB-lə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, “103” xidmətinə qəza ilə bağlı müraciət daxil olmayıb.
Qeyd edək ki, axşam saatlarında Pirşağı qəsəbəsi ərazisində "Jiquli" markalı minik avtomobili tikinti sahəsində dayanan "Kamaz" markalı krana çırpılıb. Şahidlərin sözlərinə görə, hadisə gecə saat 3-4 radələrində baş verib və avtomobildə 4 nəfər gənc olub. Maşındakı şəxslərin sərxoş olduğu və yaxınlıqda yerləşən gecə klubundan çıxdıqları bildirilir.
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
