Pişiyi vurmaq İSTƏDİ: hamilə qadını GÜLLƏLƏDİ
Ulyanovsk yaxınlığında bir kişi pişiyi vurmaq istəyəndə hamilə qonşusunu qarnından güllələyib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, Ulyanovsk vilayətinin Pavlovka kəndində 55 yaşlı kişi spirtli içki qəbul edib.
Sonra silahını götürərək hədəf kimi istifadə etmək qərarına gəldiyi pişiyə iki dəfə atəş açıb. Lakin heyvan qaçıb və güllə 8 aylıq hamilə olan qonşunun qarnından dəyib.
Qadın reanimasiya şöbəsinə yerləşdirilib və qeysəriyyə əməliyyatı olunub. Ana və uşaq sağ qalıb. Həmin şəxs barəsində cinayət işi açılıb.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
