Piyadanı vurub qaçdı, tutlması uzun çəkmədi

# 17:04
18 mart 2023

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə ötən gün axşam saatlarında rayonun Sarıxanlı kəndində qeydə alınıb.

Sürücü Ziyadxan Murtuzayev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 50 yaşlı Boşçallar kənd sakini Xasayev Fərman Qəhrəman oğlunu vuraraq öldürüb. Daha sonra sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq   cinayət məsuliyətinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR