Polis İmran Xanın iqamətgahına girdi: 61 nəfər saxlanıldı
Pakistan polisi sabiq Baş nazir İmran Xanın Lahor şəhərindəki iqamətgahına daxil olub.
Bu barədə İmran Xan “Twitter“də yazıb.
O qeyd edib ki, məhkəmə prosesində iştirak etmək üçün İslamabad şəhərinə yola düşüb və bundan sonra polis qüvvələri onun evinin ətrafındakı barrikadaları yararaq daxil olublar.
Xan qeyd edib ki, polis onun evinə daxil olarkən xanımı tək olub: “Pəncab polisi Buşra Begum evdə tək olduğu vaxt hücum edib. Bunu hansı qanuna əsasən ediblər? Bu, London planının bir hissəsidir”.
"Reuters" agentliyi isə bildirib ki, Pakistan polisi keçmiş Baş nazir İmran Xanın 61 nəfər tərəfdarını saxlayıb.
DİGƏR XƏBƏRLƏR

Ağır döyüşlər gedir, Kiyevin hücumu dəf edildi - Sergey Markov

Kombaynın təkərinə hava vururdu, təkər partladı, ölən var

Nərmin işi yekunlaşdı: - İlkin Süleymanova ağır cəza verildi
