Prezident Dünya Bankının regional vitse-prezidentini qəbul edib

# 14:59
14 sentyabr 2022

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerdeni qəbul edib.

 

APA TV xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında 30 illik uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.

 

Görüşdə gələcək layihələr və Dünya Bankının Azərbaycan hökumətinə dəstəyi ilə bağlı məsələlər müzakirə olunub, strateji sahələrdə, o cümlədən enerji, kommunikasiya sahələrində və Qarabağın bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR