Prezident Marqarita Simonyana dərs verdi

# 18:59
24 fevral 2022

Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb. Görüşdə dövlət başçımıza "RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyan qərəzli sual ünvanlayıb. O, Azərbaycanın etnik ermənilərə qarşı xüsusi diskriminasiya tətbiq etdiyini söyləyib. Prezident İlham Əliyev isə erməni jurnalistin sözün hər iki mənasında layiqli cavabını verərək, onu yerində otuzdurub. Prezident isə Bakıda keçirilmiş Avropa oyunlarında 3-cü yerə çıxmış Ukraynanı təmsil edən erməniyə medal verdiyi və əlini sıxdığını deyib. Simonyanın “Mən bu əhvalatı bilirəm” sözlərinin qarşılığında isə ölkə başçısı bildirib ki, jurnalist qərəzli mövqe sərgiləyir. Daha sonra prezident İlham Əliyev Bakıdakı erməni kilsəsindən və erməni keşiş Katalikos Qareginin Bakı səfərindən danışıb. O bildirib ki, əslində ermənilər azərbaycanlılara qarşı vəhşilik ediblər. 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. “O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var. Çünki təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir”.

 

Azərbaycan yaşayan ermənilər barədə də məlumat verən prezident İlham Əliyev qeyd edib ki, hələ 10-15 il əvvəl ölkədəki ermənilərin sayı 30 min olub və onlar normal yaşayıblar. Daha sonra ermənilərə qarşı heç bir diskriminasiya siyasəti yürüdülmədiyini öz gözləri ilə görmək üçün digər jurnalistlərlə birlikdə Simonyanı da Azərbaycana dəvət edib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR