Prezident tələbələrlə bağlı FƏRMAN İMZALADI
Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə təsis edilən təqaüdün məbləği artırılıb.
APA TV-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata qaldırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
