Prezidentin yüksək vəzifə verdiyi Vahid Hacıyev kimdir?

# 16:51
4 may 2022

Vahid Rasim oğlu Hacıyev Prezidentin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 

APA TV xəbər verir ki, Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub.

 

O, daha əvvəl neft sektorunda fəaliyyət göstərib. Belə ki, Vahid Hacıyev 13 il “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb.

 

Yeri gəlmişkən qeyd edək ki, Vahid Hacıyev tanınmış oftalmoloq Rasim Hacıyevin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR