“Prius” sərnişin avtobusuna çırpıldı: YARALILAR VAR

# 11:14
6 iyul 2022

Qara Qarayev prospektində, metronun “Xalqlar Dostluğu” stansiyasının qarşısında 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, avtobus dayanacaqda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.

 

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub.

Onlara ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.

 

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR