"Prokurorluq" edən azərbaycanlı qız həbs edildi - QIZIL DİŞ əməliyyatı – APA TV

# 13:56
28 iyun 2022

Türkiyədə azərbaycanlı gənc qız dələduzluqda ittiham olunub.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Denizli şəhərində qeydə alınıb.

 

Belə ki, azərbaycanlı 22 yaşlı Ləman Nuriyeva Perihan .Ç adlı qadına zəng edərək özünü prokuror kimi təqdim edib. Daha sonra həmin qadına evindəki qızıl və pulların FƏTO/PYD-yə aid olduğunu deyib və bağlama ilə həmin pulları alıb.

 

Aldadıldığını başa düşən qadın hüquq-mühafizə orqanlarına xəbər verib.

P

olis və prokurorluq əməkdaşları axtarışa verilən azərbaycanlı qızın ağzında qızıl diş olduğunu öyrəniblər. Buna görə, onlar Ləmanı tutmaq üçün keçirdikləri əməliyyata “qızıl diş” adı veriblər.

 

Axtarışlar nəticəsində gənc qızın bir əyləncə mərkəzində olduğu bilinib. Məhz həmin qızıl dişi sayəsində gənc qız saxlanılaraq istintaqa təhvil verilib.

 

Hazırda araşdırmalar davam edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR