“Putin nə düşünübsə, onu da edəcək” - Ərdoğan

# 15:34
29 sentyabr 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin haqqında maraqlı açıqlama verib.

 

“Mənim tanıdığım Putin nə düşünübsə, onu da edəcək”, - deyə Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən səfərbərliyə dair qərarı narahatlıq doğurur.

 

O bildirib ki, bu cür hadisələr diplomatik prosesi canlandırmaq səylərini çətinləşdirir və qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxarır.

 

Ərdoğan, həmçinin bu gün Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR