“Qanlı göl”ün adı nə olacaq? - Ərazidə binalar tikiləcək, park salınacaq
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Yasamal rayonu ərazisində yerləşən “Qanlı Göl”ün ətrafında salınacaq park layihəsinin təqdimatı keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, "Qanlı göl"ün ətrafındakı şamlıqda park salınacaq və ərazidə boş olan yerlərə şirkətlər tərəfindən yaşayış binaları tikiləcək.
Onun sözlərinə görə, parkın ərazisi 6 hektar olacaq.
Tədbirdə “Qanlı göl” ətrafında görülən işlərdən də danışılıb.
Qeyd edilib ki, “Qanlı göl" və bütün park ərazisindəki açıq kanalizasiya turbaları mərkəzi kanalizasiya xəttinə bağlanıb. Gələcəkdə də gölün suyunun təmizlənməsi və səthinin qorunması ilə bağlı işlər aparılacaq.
Əlavə olaraq, "Qanlı göl"ün adının dəyişdirilməsi müzakirə edilib, “Yaşıl göl” və ya “Şamlı göl” adlandırılması təklif olunub.
DİGƏR XƏBƏRLƏR

AZAL quş vurmaq üçün ovçu axtarır

Yəhudi yazıçı: “İran qorxur ki, İsrail Azərbaycan ərazisindən zərbələr endirər”

“Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmıram” - ABŞ-ın Baş Qərargah rəisi
