Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

# 14:44
24 dekabr 2021

Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeoroloji Xidmətdən APA TV-yə verilən xəbərə görə, şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

 

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq.

 

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR