“Qarabağ” Çempionlar Liqasında “Viktoriya” ilə qolsuz heç-heçə edib

# 07:27
18 avqust 2022

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının pley-offunda ilk matça çıxıb. Beş ildən sonra qitənin ən nüfuzlu klub turnirində bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri “Viktoriya”nı qəbul edib. Çexiya təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Qarşılaşma gözlənildiyi kimi “Qarabağ”ın üstünlüyü ilə keçib. Lakin kifayət qədər qol imkanı yaradan ağdamlılar rəqib qapısına yol tapa bilməyib. Görüş qolsuz sülhlə başa çatıb – 0:0. Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR