Qarabağdakı etiraz aksiyasının 100-cü günü: “Heç yerə getməyəcəyik!”
Bu gün Laçın-Xankəndi yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı keçirilən etiraz aksiyasının 100-cü günüdür. Ötən ilin dekabrın 12-də başlayan aksiya fasiləsiz olaraq davam edir. Artıq 100 gündür ki, ekofəallar dünya ictimaiyyətinə çağırışlar edirlər.
Bu müddət ərzində yolda Rusiya sülhməramlılarına və ya Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin maneəsiz hərəkətinə də tam şərait yaradılıb. Baxmayaraq ki, bu gün erməni mətbutaını yolun bağlı olmaslı ilə bağlı saxta infomasiyalar bəzəyir. Amma etirazçıların avtomobillərin rahat keçidinə şərait yaratması dünyaya humanitar məqsədlər üçün yolun açıq olması, ermənilərin saxta məlumatlarının Azərbaycanın əleyhinə hesablanmış növbəti avantüra olması mesajını verir.
Sonda onu da qeyd edək ki, bəzi mütəxəssislər Laçın-Xankəndi yolundakı aksiyanın dünyadakı ən uzunmüddətli etiraz aksiyası olduğunu bildirirlər.
AYTƏN SAKİTQIZI
APA TV
DİGƏR XƏBƏRLƏR

Ağır döyüşlər gedir, Kiyevin hücumu dəf edildi - Sergey Markov

Kombaynın təkərinə hava vururdu, təkər partladı, ölən var

Nərmin işi yekunlaşdı: - İlkin Süleymanova ağır cəza verildi
