Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib

# 12:50
11 yanvar 2022

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı yenə dəyişib.

 

APA TV-nin "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, Qarabağdakı sülhməramlı qüvvələrə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

 

Andrey Volkov hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir.

 

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Rusiyanın sülhməramlı qüvvələri Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilib. Bu, son bir il 2 ay ərzində 4-cü komandan dəyişikliyidir. Belə ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Daha sonra bu vəzifəyə Gennadi Anaşkin təyin olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR