Qasırğa Ordubada ciddi ziyan vurub

# 10:48
7 iyun 2022

Ötən gündən başlayaraq əsən güclü külək Ordubad şəhərində və rayonun bir sıra kəndlərində fəsadlar törədib.

 

APA TV-nin NUHÇIXAN İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, fəsadlar əsasən Ordubad şəhəri və rayonun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kotam, Dəstə, Parağa, Gənzə, Nüsnüs, Aşağı Əylis və Yuxarı Əylis kəndlərində, eləcə də, Şəhriyar qəsəbəsində qeydə alınıb. Bir neçə dəqiqə davam edən küləyin təsirindən 91 yaşayış evinin və 2 yaşayış binasının dam örtüyünə, eləcə də, Əylis kəndində fəaliyyət göstərən broyler müəssisəsinə ciddi ziyan dəyib.

 

Bundan başqa, 68 iri gövdəli ağac aşıb, 114 ağaca ziyan dəyib.

 

Həmçinin güclü külək rayonun elektrik təsərrüfatına da təsirsiz ötüşməyib. 40 işıqlandırma dirəyinin aşması nəticəsində Ordubad şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Küləyin təsirindən aşan ağaclar 10 yerdə qaz xəttinə də ziyan vurub.

 

Hazırda rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR