Qazilərin reabilitasiyası üçün önəmli addım - APA TV

# 15:33
4 oktyabr 2022

ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir.

 

APA TV xəbər verir ki, ölkəmizdə müharibə iştirakçılarının, şəhid ailə üzvləri və qazilərin psixoloji reabilitasiyası istiqamətində dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla dövlətimizin gördüyü işlərə yaxından dəstək vermək, yerli mütəxəssislər hazırlamaq məqsədilə cari ilin may ayından həyata keçirilən “Azərbaycanda Psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsi çərçivəsində növbəti mərhələnin təlimlərinə start verilib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və PAŞA sığorta ilə birgə reallaşan uzunmüddətli layihənin məqsədi qazi və şəhid ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması, gələcəkdə bu istiqamətdə peşəkar təcrübənin artırılmasıdır.

 

Qeyd edək ki, 4 gün davam edən təlim ABŞ-ın xüsusi mütəxəssisləri tərəfindən keçirilir.

 

Xatırladaq ki, layihənin informasiya tərəfdaşı "APA Media Group"dur.

 

Nərmin Murad

Ceyhun Mustafayev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR