Qazimizin bacısının köməyə ehtiyacı var: Vəziyyəti hər gün ağırlaşır
“Maddi imkanımız aşağı olduğundan, sizdən xahiş edirəm ki, bacıma kömək edin. Böyrək köçürülməsi olmalıdır. Amma imkanımız yoxdur, kömək edək. 4 yaşlı körpəsi var. Səhiyyə Nazirliyi, imkanlı şəxslərdən xahiş edirik ki, bizə kömək etsinlər”.
Bu, şəxs Şuşa-Xankəndi istiqamətində döyüşən 25 yaşlı qazimiz Yasin Şəhniyarovdur. Canımıza görə, canını belə qurban verməyə hazır olan qazimizin indi də bizim köməyimizə ehtiyacı var. O , hər kəsdən hər gün gözünün qabağında bir az da əriyən 24 yaşlı bacısına görə kömək istəyir. Bir böyrəyi çürüyüb Lalənin, digəri isə çürümək üzrədir.
Bəli, sadəcə əməliyyat pulu lazımdır. Gün keçdikcə vəziyyəti daha da ağırlaşırşan Lalə hər gün övladı ilə görüntülü danışır. Və onun “ana, nə olar, qayıt gəl” yalvarışına görə yaşamaq istəyir. Laləyə yardım etmək istəyənlər 050-558-74-78 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
AYTƏN SAKİTQIZI
XƏYAL İSKƏNDƏROV
APA TV
DİGƏR XƏBƏRLƏR

İcra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü

Şuşa cənnətə dönür - Şərhsiz

Qızının maşınla vurduğu ana 17 gün sonra öldü - FACİƏ / “APA XƏBƏR” - 15:00
