Qənirə Paşayeva: “İcbari tibbi sığorta ilə bağlı əhalidə inamsızlıq yaranmaqdadır”
İcbari tibbi sığorta ilə bağlı əhalidə inamsızlıq yaranmaqdadır.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, limit məsələsinin müzakirə edilməsinə ehtiyac var: “Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu nə deməkdir? Bu məsələlərin ciddi müzakirəsinə ehtiyac var. Bölgələrdən problemlər bizə çatdırılır, müraciətlər edilir. Bu təsisata inamın cəmiyyətdə zəifləməsi başqa problemlərin əsasının qoya bilər. Əgər problem büdcə ilə bağlıdırsa, hansı xəstəlik növündə bu limit tez dolursa, büdcədən bu istiqamətə daha çox pul ayrılmalıdır. Ağır əməliyyatların limit dolduğuna xəstənin əməliyyat edilməməsi çox ağır nəticələrə gətirib çıxara bilər”.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
