Qərb Rusiyanı necə çökdürmək istəyir?
Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın enerji daşıyıcılarından imtina edəcəyi ilə bağlı Qərbin üzləşə biləcəyi çətin vəziyyət barədə danışıb.
APA TV xəbər verir ki, bu barədə “Daily Telegraph” məlumat yayıb.
"Qarşıda çətin günlər olacaq. Rusiyanın neft və qazından, bütövlükdə karbohidrogenlərindən imtina dünya üçün ağır olacaq", - deyə Britaniyanın baş naziri bildirib.
O, Qərbin 2014-cü il hadisələrindən (Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqində Luqansk və Donetsk separatçı rejiminin yaradılması-red.) sonra Moskva ilə münasibətlərini normallaşdırmağa və Rusiyadan enerji daşıyıcılarının tədarükünü artırmağa başlamasını səhv adlandırıb.
Baş nazirin sözlərinə görə, Qərb dövlətləri Rusiyanın enerji daşıyıcılarından asılılığına son qoyaraq, onu nağd pullardan məhrum edə, strategiyasını dağıda bilər.