Qış turizmi mövsümünə start verildi: Cənnətə çevrilən Şahdağ

# 14:38
21 dekabr 2022

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə media nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.

 

Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə  qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verib.

 

“Şahdağ“ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov kompleksdə aparılan yenidənqurma və infrastruktur işlərindən, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyətindən danışıb.

 

Mediatur zamanı jurnalistlər 4 ulduzlu “Shahdag Hotel & Spa”, 3 ulduzlu “Zirve” hotelləri və “Gaya” ailəvi apartament tipli mehmanxana ilə tanış olublar.

 

KİV nümayəndələri xizək vasitələri, kanat yolları, atraksionlar və qış əyləncələrindən istifadə ediblər.

 

Mediaturda turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr də nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR