Qohumlar 7000 manatlıq noxud oğurladılar
Cəlilabadda işlədiyi təsərrüfatın anbarından 7000 manat dəyərində noxud oğurlayan rayon sakini əlbir olduğu qohumları ilə birgə saxlanılıb.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Cəlilabad sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus anbardan 1700 kiloqram noxudun oğurlanması barədə məlumat verib. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin təsərrüfatda işləyən Seymur Qurbanov və qohumları Elşən Məmmədov və Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, əvvəlcə oğurluğa tək gedən Seymur daha sonra 2 qohumuna da ona qoşulmağı təklif edib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Cəlilabad
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
