Qohumunun evindən 100 minlik qızıl oğurladı
Astara rayonu ərazisindəki evlərdən birindən 100 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Müəyyən edilib ki, oğurluğu törədən şəxs ev sahibinin yaxın qohumudur.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu minvalla o, yaxın qohumuna 100 min manatlıq ziyan vurub. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlayıb.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Prezident: Biz, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq – APA TV

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV

Azərbaycanda körpülər niyə selə dözmür?
