Qonşular bir-birini zəhərləyib?

# 17:59
4 aprel 2022

Mingəçevirdə dəm qazından zəhərlənən şəhər sakinləri evə buraxılıb.

Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, zəhərlənmələrinin səbəbi dəm qazı olub. Vəziyyət şəhər sakinlərinin narahatlığına səbəb olub. Zəhərlənmə halları əsasən mətbəx və vanna otağında qeydə alınıb.

Zəhərlənmədən zərər çəkənlərin 8-i qadın, 5-i  uşaq, 2 nəfər isə kişi olub. Kişilərdən biri dializ xəstəsi olduğu üçün vəziyyəti daha ağır qiymətləndirilib. Hazırda xəstələrin vəziyyəti normala düşdüyü üçün evə buraxılıblar.

“Azəriqaz” İB Tərtər Regional Qaz istismar idarəsinin Mingəçevir Xidmət Sahəsinin əməkdaşı İlqar Cavadov baş verən hadisənin birbaşa abonentlərin səhvi səbəbindən olduğunu deyir. Onun sözlərinə gərə evlərdə aparılan araşdırmalar zamanı məlum olub ki, bəzi vətəndaşlar quraşdırılmış qurğulardan çıxan tüstünün çölə ötürülməsi üçün boruları nəfəsliklərə qoşublar. Bu da həmin ailələrin özləri üçün problem yaratmasa da qonşuların zəhərlənməyinə səbəb olub.


Faktla bağlı araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR