Qubada 13 yaşlı qız həqiqətənmi itdən qorxub ölüb?

# 09:30
5 dekabr 2022

Qubanın İkinci Nügədi kəndində it 2009-cu il təvəllüdlü Gültəkin Orucovanın üstünə hücum edib. Həmin hadisə zamanı it qızı qapmasa da, yeniyetmə ağır dərəcədə qorxub. Bildirilir ki, qız bundan sonra gizli xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib, ancaq əfsuslar olsun ki, 13 yaşlı qızcığazın həyatını xilas etmək mümkün olmayıb.

 

Bu ilk belə hadisə deyil. Zaman-zaman insanların qorxudan müxtəlif xəstəliklər tapdıqlarını və bəzən bu halların ağırlaşaraq, ölümlə nəticələndiyini eşidirik. Bəs bu necə baş verir? Qorxu ölümcül xəstəliyə necə çevrilir? Ümumiyyətlə, qorxmağın insan orqanizminə hansı təsirləri var?

 

Terapevt Elvira Seydiyevanın sözlərinə görə, kəskin stress və qorxu zamanı orqanizmə mənfi göstərə bilər.

 

Terapevtin sözlərinə görə, xroniki stress onkoloji xəstəliklərin yaranmasına da səbəb ola bilər.

 

Klinik psixoloq Əli Nağıyev isə söylədi ki, qorxu özlüyündə ölümə səbəb ola bilməz, amma qorxudan yaranan fəsadlar ölümə apara bilər.

 

Klinik psixoloqun sözlərinə görə, insanlar mütəmadi tibbi yoxlamadan keçməli,  orqanizmlərinə bələd olmalıdırlar.

 

Bəs belə halla rastlaşanda nə etməliyik? Psixoloq bildirdi ki, hər hansısa şəxs şiddətli qorxu keçirdiyi zaman, müəyyən profilaktiki, psixoloji tədbirlər həyata keçirməlidir. Bu cür tədbirlərə müxtəlif nəfəs və göz hərəkətlərini aid etmək olar. Bu hərəkətləri isə öncədən öyrənib, mənimsəmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR