Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var
Bu gördüyünüz kadrlar hansısa kino lenti deyil. Kadrlar Quba Soyqırımı Memorial Kompleksində lentə alınıb. Bəlkə də bu məkan kimin üçün isə tanış olmaya bilər, amma qubalılar buranı çox yaxşı tanıyır. Burada ermənilərin törətdikləri soyqırımının sübutu olan müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları var. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.
1918-ci ilin mart hadisələri zamanı təkcə Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb. Bu kəndlərdən Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.
Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin bu kütləvi qırğınları zamanı minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb.
Soyqırımı muzeyi 1918-ci il azərbaycanlıların soyqırımı tarixinə həsr edilən ilk və yeganə muzeydir. Muzeydə yalnız Quba qəzasında deyil, Bakı quberniyasının digər - Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımları haqqında geniş məlumat əldə etmək olar.
Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib. Onlardan 178 min nəfəri əcnəbilərdir. Onların arasında öz təşəbbüsü ilə gələn turistlərdən tutmuş, yüksək səviyyəli nümayəndə heyətlərini, respublikamızda olan bütün xarici ölkələrin səfirləri və səfirlik əməkdaşları da var.
Kompleksə gələn bütün ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) informasiyalar verilir.
Vəli Turan, Rizvan Hacıyev, APA TV
DİGƏR XƏBƏRLƏR

Günün məzənnəsi - 10.06.2023

Hicama bizi sağaldır, yoxsa asılılıq yaradır? - Kimlərə qətiyyən olmaz?

Putin nüvə silahının Belarusda yerləşdirmə vaxtını açıqladı
