Qubanın bu kəndinin daşı da, torpağı da insanları ilə birlikdə soyqırımı qurbanı olub

# 19:10
29 mart 2023

Bura Quba qəzasının Alpan kəndində yerləşən qədim qəbiristanlıqdır. Bu qəbiristanlıq 1918-ci ilin mart hadisələrinin şahidlərindəndir.

 

Dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları kənd qəbiristanlığındakı baş daşlarını gülləbaran edib, buradakı XVI əsrə aid Subaba türbəsini yandırıblar. Güllələrin izləri baş daşlarının üzərində indi də qalmaqdadır.

 

Alpan kənd tam orta məktəbinin tarix müəllimi Əlfi Dadaşov deyir ki, erməni silahlıları Alpana 1918-ci ilin may ayında hücum edib və kəndi üç istiqamətdən mühasirəyə alıb. O dövrdə Quba qəzasında ən varlı kəndlərdən sayılan Alpanda əhalinin çox hissəsi əliyalın meşələrə qaçıb. Bütün evləri yandıran ermənilər qocaya, qadına, uşağa rəhm etməyiblər.

Rayon mərkəzindən 16 kilometr uzaqda yerləşən Alpan kəndi Qubadakı ən qədim yaşayış məntəqələrindən biridir.

 

1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR