Qurban Qurbanov şəhid övladının ən böyük arzusunu reallaşdırdı

# 17:13
3 oktyabr 2022

Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun oğlu 8 yaşlı Əli "Qarabağ" komandasının

baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşüb.

 

Gələcəkdə "Qarabağ" komandasının hücumçusu olmağı arzulayan Əli APA TV-yə deyib ki, atasının da azarkeşlik etdiyi klubla görüş onu arzularına çatmaq üçün daha da həvəsləndirib.

 

Məşqçisi deyir ki, Əli gələcəyin peşəkar futbolçusu olmaq arzusunu reallaşdırmaq üçün ən gərgin məşqlərdən də çəkinmir.

 

Futbolçular balaca həmkarları ilə həmsöhbət olub, birgə xatirə şəkilləri çəkdirdikdən sonra Əliyə gələcək karyerasında uğurlar arzulayıblar.

 

Xatırladaq ki, döyüş hazırlığı bölməsinin rəisi, polkovnik-leytenant Vidadi Xəlilov 44 günlük Vətən Müharibəsinin ilk günlərindən aktiv döyüşlərdə iştirak edib. "Qubadlı fatehi" olan, 100-dən çox erməni əsgər və zabitinin məhv edilməsində iştirak edən Vidadi Xəlilov Murovdağ, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının işğaldan azad olunmasında böyük şücaət göstərib, 2020-ci il oktyabrın 30-da Laçın rayonunun Arpagədik kəndi ərazisində gedən döyüşlərdə şəhid olub.

 

20 il orduda xidmət göstərən Vidadi Xəlilov "Qüsursuz xidmətə görə", “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, və “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

 

Şahnəzər Bəşirov, APA TV, Göyçay

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR