Rəhim Rəhimlinin son görüntüsü: Əsl ölüm səbəbi bu imiş

# 12:43
30 sentyabr 2022

Əməkdar artist Vasif Məhərrəmli mərhum müğənni Rəhim Rəhimlinin son günlər əziyyət çəkdiyi xəstəliyi ilə bağlı video paylaşıb.

 

APA TV xəbər verir ki, görüntüdə sənətçinin ayaqlarının şişdiyi və bu səbəbdən yeriyə bilmədiyi aydın görünür.

 

Vasif Məhərrəmli bildirib ki, bu videonu ona Rəhim Rəhimli sağlığında özü göndərib. Sənətçi onu tədbirə dəvət edib, amma Rəhim Rəhimli səhhətində yaranan problemlə əlaqədar məclisə gələ bilməyib. Vasif Məhərrəmli də bu səbəbdən ondan inciyib. Bundan xəbər tutan Rəhim isə "Vasif bunu çəkirəm, biləsən ki, gəlməməyimin səbəbi bu idi. Üzrlü say, görürsən ki, ayağım necə şişib”, – deyə bildirib.

 

Mərhum sənətçinin ölümü ilə bağlı təfərrüat da məlum olub. Belə ki, anasından ayrı yaşayan Rəhim Rəhimlinin ötən gün onun yanına gələrək orada dünyasını dəyişdiyi məlum olub. 

 

Bundan başqa, ifaçının anasının da uzun müddətdir səhhətində problemlər olduğu və onun anasını Türkiyədə müalicə etdirdiyi üzə çıxıb.

 

Yeri gəlmişkən qeyd edək ki, TƏBİB sənətçinin ölümü ilə bağlı açıqlama yayıb. Bildirilir ki, azərbaycanlı müğənni, bəstəkar Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

 

Qeyd edək ki, ifaçının ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR