Rusiya Ermənistana nota verdi

# 16:38
17 avqust 2022

 

Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib. APA TV TASS-a istinadən xəbər verir ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan mediasının Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib. "Avqustun 14-də "Surmalu" ticarət mərkəzindəki partlayışla bağlı yerli informasiya məkanında Rusiya strukturlarının ünvanına iftira və yalan ittihamlar yer alan məlumatlardan dolayı hiddətimizi bildiririk", - deyə açıqlamada deyilir. Rusiya səfirliyi tirajlanan belə informasiyaların bəzi siyasi qüvvələr tərəfindən Rusiya-Ermənistan müttəfiq münasibətlərinin pozulmasına yönəlmiş təxribat kimi dəyərləndirdiklərini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR