Rusiya ilk dəfə Kiyevin yeni "Qrom-2" raketini vurub
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (PVO) ilk dəfə olaraq Ukraynanın yeni “Qrom-2” operativ-taktiki raketini vurub. AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda o da vurğulanıb ki, Rusiya hərbçiləri gün ərzində HİMARS reaktiv yaylım atəş sisteminin üç raketini də sıradan çıxara biliblər. Qeyd edək ki, "Qrom-2" iki yer-yer tipli raketi olan mobil buraxılış qurğusudur. Bu, yeni raket layihəsi 2013-cü ildə hazırlanmış "Qrom" (Şimşək-red.) OTRK-nın modifikasiyasıdır.Xatırladaq ki, bir müddət öncə Rusiya hava hücumundan müdafiə sistemlərinin ilk dəfə olaraq bu ilin fevralında Ukraynaya ötürülən GLSDB idarə olunan raketini sıradan çıxarması barədə də məlumat yaymışdı.
DİGƏR XƏBƏRLƏR

Şəhərləri addım-addım işğal edən sahibsiz itlər: Hər ay kimisə öldürürlər

Ordumuzun Ağdam və Şuşadakı mövqeləri erməni silahlı dəstələri tərəfindən atəşə tutulub

Mediada uşaq hüququları necə qorunur?
