Rusiya indiyədək nə qədər hərbi obyekt vurub?
Rusiya Hava Kosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus daha 6 pilotsuz uçuş aparatını, o cümlədən bir “Bayraktar TB-2”ni havada vurub.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Operativ-taktiki, hərbi və pilotsuz aviasiyamız Ukraynanın 81 hərbi obyektini vurub. Onların arasında dörd reaktiv yaylım atəşi sistemi, üç komanda məntəqəsi, səkkiz silah-sursat anbarı və 28 hərbi texnikanın toplanış məntəqəsi var.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 183 pilotsuz uçuş aparatı, 1406 tank və digər zirehli döyüş texnikası, 138 reaktiv yaylım atəşi sistemi, 535 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1197 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, - deyə general qeyd edib.
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
