Rusiya sülhməramlılarının komandanı: Azərbaycanla razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq

# 19:03
5 dekabr 2022

Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq.

 

Bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirmək barədə razılıq əldə olunub.

 

“Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”, - deyə Volkov vurğulayıb.

 

Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR