Rusiya Ukrayna limanlarında taxıl daşıyan gəmiləri buraxmağa hazır olduğunu deyib

# 03:30
3 iyun 2022

Rusiya Ukrayna taxılını daşıyan yük gəmilərini limanlardan buraxmağa hazırdır.

 APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib. Nebenza gəmiləri buraxmaq üçün şərtləri açıqlayıb.“Ukraynalılara gəlincə, qoy əvvəlcə limanlarını təmizləsinlər. Biz təhlükəsiz keçidi təmin etməyə hazırıq, lakin ilk növbədə onlar minaları təmizləməlidirlər. O minalar bizim deyil, onlarındır”, - deyə Nebenzya bildirib.

Jurnalistlərin BMT, Ukrayna, Türkiyə və Rusiya nümayəndələrinin taxıl ixracı ilə bağlı mümkün görüşü barədə sualına Nebenzya cavab verib ki, bu məlumatın nə dərəcədə doğru olduğunu bilmir. O əlavə edib ki, indi bu mövzu ilə bağlı çoxlu spekulyasiyalar var. BMT-nin məlumatına görə, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar səbəbindən Ukraynanın dəniz limanlarında təxminən 25 milyon ton taxıl ixrac üçün qalıb.

Xatırladaq ki, mayın sonunda BMT-nin baş katibi Antonio Quterreş dünyada 10 həftəlik buğda ehtiyatının qaldığını bildirmişdi. Müddəti bitdikdən sonra planetdə təxminən 400 milyon insan aclıqla üzləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR