Rusiya-Ukrayna savaşı Azərbaycan bazarına necə təsir edəcək?

# 11:04
2 mart 2022

Son illərin rəsmi məlumatlarına əsasən Ukraynadan Azərbaycana daha çox kənd təsərrüfatı məhsulları, bitki yağları, buğda və taxıl məhsulları, un məmulatları ixrac olunurdu. Ancaq ekspertlər düşünür ki, son zamanlar gündəmi silkələyən Rusiya-Ukrayna savaşı iqtisadi əlaqələrə də öz təsirini göstərəcək. Bəs bu təsirlər nələrdən ibarət olacaq? Ölkəmizdə hansı məhsulların qiymətində dəyişiklik yarana bilər?

 

Ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan bazarında Ukrayna bazarının kifayət qədər yeri var: “Son zamanlar Rusiyanın Ukraynaya hücumu nəticəsində bəzi əlaqələrin də kəsildiyini söyləmək mümkündür. Logistik əlaqələr kifayət qədər problemə çevrilib, sərhədlər bağlanıb. Ola bilər ki, Ukraynadan Azərbaycana gətirilən məhsulların həcmi azalsın. Bu da yerli bazarlarda  Ukrayna məhsullarının qiymətinin artmasına səbəb olacaq. Həmçinin anoloji digər ölkə məhsullarının da bahalaşmasına səbəb olacaq. Çünki bu hadisələrə görə təklif azalacaq”.

 

Ekspert bildirir ki, buğda və taxıl məhsulları bahalaşacaq, Ukraynadakı vəziyyətə görə bu il yaz əkini də azalacaq. “Hərbi əməliyyatlar dayandırıldıqdan sonra infrastrukturla bağlı Ukraynanın ciddi problemləri olacaq. Çünki yollarda ciddi problemlər yaranıb. Körpülər dəmir yolları zədələnib. Müharibə bitdikdən sonra ola bilər ki Ukraynadan gələn məhsulların həcmində artım olmasın”.

 

Ekspertin fikrincə, ilin sonuna kimi infrastruktur problemi bərpa olunduqdan sonra, Ukrayna məhsullarının Azərbaycana ixrac olunması artacaq.

 

Nərmin Murad

Ceyhun Mustafayev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR