Rusiyalı deputatın ermənistan sevgisi ürəyində qaldı - APA TV

# 15:45
25 oktyabr 2022

Rusiya Federasiyasının deputatı Konstantin Zatulin Ermənistanda “arzuolunmaz şəxs” elan edilib və onun ölkəyə girişinə qadağa qoyulub.

 

APA TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti məlumat verib. Yazıda qeyd olunub ki, Dumanın MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda “persona non-qrata” elan edilib.

 

“Alınan etibarlı məlumata görə, Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. O, arzuolunmaz şəxs hesab olunur. Zatulin müsahibələrində 44 günlük müharibədə dəfələrlə Ermənistan hakimiyyətini məğlubiyyətdə ittiham edib. Üstəlik, Ermənistanın daxili siyasi həyatına müdaxilə edən Zatulin dəfələrlə bəyan edib ki, Nikol Paşinyan istefa verməlidir. O, Ermənistan hakimiyyətini Rusiya ilə münasibətləri parçalamaqda ittiham edib”.

 

“Haykakan Jamanak” qəzetində o da qeyd olunub ki, Zatulin dəhlizlə bağlı şərtləri imzalamaqda da Paşinyanı və onun hökumətini ittiham edib.

 

Xatırladaq ki, deputat Zatulin anti-Azərbaycan açıqlamaları ilə də ölkə gündəmində olub. Dəfələrlə çıxışlarında Qarabağın Azərbaycanın tərkibində olmasına qarşı çıxıb, azad olunmuş ərazilər erməni işğalında olarkən bir neçə dəfə qanunsuz səfərlər edib və buna görə də Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib. Onu da qeyd edək ki, deputat Bakı-Tbilisi-Qarsı dəmir yolu layihəsini təkcə Ermənistan deyil, Rusiya üçün də təhdid sayır.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR