Sabah hava necə olacaq?
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq
DİGƏR XƏBƏRLƏR

Azərbaycanda bu heyvanları ilk dəfə görəcəksiniz - GÖRƏNLƏR HEYRAN QALIR

Türkiyə-Ermənistan yaxınlaşması: İrəvandakı narazılar nəyə çalışırlar?

Metroya balta ilə girən şəxsdən DAHA BİR VİDEO
