Sabah hava necə olacaq? - PROQNOZ AÇIQLANDI

# 15:29
26 iyul 2022

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR