Sabahın havası - PROQNOZ AÇIQLANDI

# 15:23
1 oktyabr 2022

Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir, gecə və səhər saatlarında isə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR