Sabiq nazir Vəli Ələsgərov sağdır?

# 14:56
11 dekabr 2021

Bir müddət öncə ölməsi ilə bağlı məlumat yayılan Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun sağ olduğu məlum olub.

APA TV xəbər verir ki, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin həbsdə ölən polkovnik Zakir İsmayılovla bağlı yaydığı açıqlamada məlumat verilib.

Belə ki, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti həbsdə ölən polkovnik Zakir İsmayılovla bağlı açıqlama yayarkən onun hazırda həbsdə olan Vəli Ələsgərovun təqdimatı ilə Bakıya xidmətə göndərildiyini qeyd edib.

Bununla da sabiq nazir Vəli Ələsgərovun ölmədiyi məlum olub.

Qeyd edək ki, 15 il Naxçıvanda Milli Təhlükəsizlik naziri kimi çalışan Vəli Ələsgərov vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR