Sabirabadda avtomobil kanala aşdı
Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 4.30 radələrində Sabirabad rayonunun Ələmbəyli kəndində qeydə alınıb. Sabirabad rayonunun Bala Həşimxanl kənd sakini, 1987-ci il təvəllüdlü Pənciyev Namiq Əlihüseyn oğlunun idarə etdiyi 18 BE 863 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itməsi nəticəsində kanala aşıb. Nəticədə sürücü və sərnişini - Bala Həşimxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Yaqubov Vüsal Rüstəm oğlu avtomobildə boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı
DİGƏR XƏBƏRLƏR

Ukrayna suüstü aparatlarla Sevastopola hücum etdi

Lavrov “30 illik işğal” dedi, Mirzoyanın cavab verməyə cəsarəti çatmadı - Hayk çox hirslidir

Ermənistanın“Azərbaycan əsir götürüb”dediyi hərbçi tapıldı
