Sabirabadda qatar bir nəfəri vurub
Sabirabadda qatar yolu keçən şəxsi vurub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Çiçəkli kəndində qeydə alınıb. Qatar dəmir yolunu keçmək istəyən şəxsi vurub. Kimliyi məlum olmayan şəxs komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
Digər bir qəza isə gecə saatlarında baş verib. Hadisə rayonun rayonunun Zəngənə kəndində qeydə alınıb. Avtomobil dirəyə çırpılıb.
Kəndin sakini, 1995-ci il təvəllüdlü Abasov Emin Nurəddin oğlu idarə etdiyi “Hyundai” markalı avtomobili eletrik dirəyinə çırpıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktlarla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı
Elçin Həsənov
DİGƏR XƏBƏRLƏR

Bakıda daha bir tələbə boğularaq öldü

Kiyevdə dəhşətli partlayış olub - HADİSƏ ANI

Prezidentə Kəlbəcərin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub
