Sakinlər su istəyir, məsul şəxslər isə deyir ki, problemin həlli allaha qalıb
Kürdəmirdə içməli su ilə bağlı problem yaşanır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Çöhranlı kənd sakinləri susuzluqdan əziyyət çəkdiklərini deyirlər. Onların bildirir ki, rayonda 2 ildir su qıtlığı yaranıb. Bu iki il ərzində kəndə demək olar ki, su verilmir.
Çəkiliş apardığımız vaxt şahidi olduq ki, su arxlarına uzun müddətdir ki, su gəlmədiyindən torpağın üst qatı çartlayıb.
Məsələyə münasibət bildirən Kürdəmir rayonunun Çöhranlı kənd sudan istifadə edənlər birliyinin rəhbəri Emin Mikayılov bildirdi ki, adı çəkilən kəndə suyun verilməməsinin səbəbi Şirvan su kanalında suyun az olması ilə əlaqədardır.
Emin Mikayılov yaxın gələcəkdə də Çöhranlı kəndinə suyun verilib – verilməyəcəyi ilə bağlı sualımıza cavab verərkən bildirdi ki, kəndlilərin probleminin həlli Allahın ümidinə qalıb. O qeyd edib ki, su bol olacaqsa kənd su ilə təmin olunacaq.
Zahid Abışov, Devran Əsgərov, APA TV
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
