Salyanda qəza zamanı sürücü ölüb
Salyanda baş verən qəzada sürücü ölüb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonuun Xalac kəndi ərazisində qeydə alınıb.
Qırxçıraq kənd sakini, 1997-ci il təvəllüdlü Baxışov Məhəmməd Adil oğlunun idarə etdiyi “Ford” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.